Level UP
Hakatonu
Ağıllı ev sistemləri, avtomatlaşdırma və real IOT sistemlərinin qarşılıqlı inteqrasiyası həllərinə yönəlmiş innovativ həllər yarışı
Hakaton haqqında
Level Up — real mikrocihazlar həllərinə və problemlərinə əsaslanaraq gələcəyin şəhərləri və evləri üçün ağıllı və dayanıqlı həllərin hazırlanmasına yönəlmiş 36 saatlıq innovasiya hakatonudur.
Hakaton çərçivəsində IOT, məişət infrastrukturunun rəqəmsal idarə olunması və mikrocihazların kibertəhlükəsizliyi kimi istiqamətlər üzrə innovativ yanaşmaların inkişafı hədəflənir.
Missiya
Ağıllı ev sistemləri, IoT və avtomatlaşdırma sahəsində innovativ texnologiya həllərinin inkişaf etdirilməsi!
Məqsədlər
İstiqamətlər
Ağıllı evlər və IoT ekosistemləri üçün təhlükəsiz, dayanıqlı və innovativ həllər yarat!
Qarşılıqlı əlaqəli mikrocihaz ekosisteminin qurulması
IoT Ecosystem
IoT cihazları arasında etibarlı, dinamik və təhlükəsiz qarşılıqlı əlaqə həllərinin yaradılması.
IOT əsaslı avtomatlaşdırma həlləri
IoT Automation
IoT texnologiyaları əsasında ağıllı avtomatlaşdırma sistemləri və proseslərin optimallaşdırılması.
Evlərin və şəhərlərin ağıllı idarəetmə və nəzarət sistemləri
Smart Home & City Management
Ağıllı evlərin və şəhərlərin mərkəzləşdirilmiş idarəetmə və nəzarət platformaları.
Təhlükəsiz və dayanıqlı sistemlərin yaradılması
Secure & Resilient Systems
Mikrocihazların kibertəhlükəsizliyi, məlumat qorunması və dayanıqlı IoT infrastrukturu.
Mükafat Fondu
5 000 AZN
Bundan əlavə, bütün iştirakçılar sertifikat, mentor dəstəyi, təlim proqramı və networking imkanı əldə edəcəklər.
Proqram
Qeydiyyat
- •Rəsmi elan və sosial media kampaniyasının başlanması
- •Universitetlərdə infosessiyalar
- •Onlayn qeydiyyat sisteminin açılması
Komanda Seçimi
- •Müraciətlərin qiymətləndirilməsi
- •Seçilmiş komandaların elan edilməsi
- •Komandaların sənaye problemləri ilə əlaqələndirilməsi
Təlimlər və Mentorluq
- •IoT və ağıllı ev sistemləri üzrə təlim proqramı
- •Kibertəhlükəsizlik, biznes modeli, pitch hazırlığı
- •Sahə mütəxəssisləri tərəfindən mentor dəstəyi
Hakaton Müsabiqəsi — 36 saat
- •Açılış mərasimi və qaydaların izahı
- •36 saatlıq intensiv prototipləşdirmə
- •Final təqdimatları və münsiflər qarşısında pitç
- •Qalib komandaların elan edilməsi və mükafatlandırma
Kim iştirak edə bilər?
Gənclər
Texnologiya və innovasiyaya marağı olan gənclər
Tələbələr
Azərbaycan universitetlərinin bakalavr və magistr tələbələri
Startap düşüncəli iştirakçılar
Prototip hazırlamağa hazır, startap yönümlü iştirakçılar
Qeydiyyatdan keç
Komandanı formalaşdır, qeydiyyatdan keç və ağıllı sistemlərin gələcəyini birlikdə formalaşdır!
Komanda: min 3 — maks 5 nəfər
İndi qeydiyyatdan keç